“3780 müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub” - SƏDR DANIŞDI

“3780 müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub” - SƏDR DANIŞDI

“Müharibə əlillərindən 404-ə nəfərə ümumilikdə 421 yüksək texnologiyalı protez qoyulub. Bunlardan 209-u Vətən müharibəsi və ondan sonrakı dövrə aiddir. 195-i isə ikinci Qarabağ müharibəsinə aiddir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra 3780 Vətən müharibəsi iştirakçısına müxtəlif dərəcədə əlillik təyin olunub. Onlar müvafiq olaraq müxtəlif sosial proqramlarla əhatə edilib. Ümumilikdə 121 min nəfərə 220 mindən çox müxtəlif sosial xidmətlər göstərilib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə