Loqotipini Audiovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək.
SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB