Naxçıvan Dövlət Energetika Xidmətinin saytı “GOV.AZ” zonasına köçürüldü
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin elektron informasiya resursu yeni "nminenergy.gov.az" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.
Bu barədə SİA-ya Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB