Koqalımdakı diasporumuz Türkiyəyə qardaş dəstəyi göstərib

Koqalımdakı diasporumuz Türkiyəyə qardaş dəstəyi göstərib

Rusiyanın Koqalım şəhərində yaşayan Azərbaycan icması Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Tümen vilayətinin Xantı-Mansiysk muxtar dairəsi Yuqrada fəaliyyət göstərən Azərbaycan xalqının “Dostluq” ictimai milli-mədəni təşkilatının sədri Xəyal İsmayılov bildirib ki, zəlzələdən zərərçəkmişlər üçün 5 ton həcmində humanitar yardım toplanıb.

Qadın, kişi və uşaqlar üçün qış geyimləri, yataq dəstləri, çadırlar və gigiyenik vasitələrdən ibarət humanitar yardım Türkiyənin Rusiyadakı səfirliyi vasitəsilə qardaş ölkəyə yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə