“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına yenidən start verilib

“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına yenidən start verilib

“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına yenidən start verilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aksiya nazirlik və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə fevralın 19-da keçiriləcək.

Vətəndaşlar ümumi tutumu minimum 30 litr olan müxtəlif plastik butulkaları (0.33 / 0.5 / 1 / 1.5 / 2 litr və s.) gətirməklə əvəzində ekoçanta əldə edə biləcəklər.

Aksiya paytaxtın Nəsimi rayonu, Tbilisi prospekti, Alatava, 2 ünvanında yerləşən “Araz Supermarket”də saat 13:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə