Qalmaqallı nəşrləri ilə tanınan fransız satirik jurnalı “Charlie Hebdo” (“Şarli Ebdo”) növbəti rəsm “əsərini” dərc edib. Bu dəfə fransız nəşri Türkiyədə bu yaxında baş vermiş dağıdıcı zəlzələnin nəticələrini “əks etdirən” karikatura nümayiş etdirib.
Karikatura stilində çəkilmiş rəsmdə dağılmış binalar və aşmış avtomobil təsvir olunub. Rəsmin altında isə belə bir yazı var: “Türkiyədə zəlzələ. Heç tanklar da lazım olmadı.”
Mən nə vaxtsa həmkarlarınızın – “Şarl Ebdo”nun karikaturaçı jurnalistlərinin öldürülməsinə acımışdım. Lakin çox keçmədi ki, mən bu olaya acımağıma peşiman oldum.
Yəqin ki, unutmamısınız, Fransız inqilabının bayrağı üzərində bu sözlər yazılmışdı: “Azadlıq, bərabərlik, qardaşlıq!” Bəs hanı sizin o qardaşlığınız?! Belə çıxır ki, bu qardaşlığın tam dərki mövcud deyil, o, efemerdir! Siz bütövlükdə Fransanı və onun Prezidentini də antimüsəlman olaraq tanıdırsınız.
Bir dəfə Fransanın Azərbaycandakı konsulu ilə söhbətində o, Fransa barədə mənim maraq dairəm barədə soruşdu, mən: “Fransız maarifçiliyi” – deyə ona cavab verdim. Onun: “Madam onlar bütün dünyanı aldatmışlar!” – cavabı, doğrusu, məndə çaşqınlıq yaratdı. O öz xalqının mahiyyətini necədə gözəl bilirdi. O xalqa ki, siz – özgə ağrı-acısından, fəlakətindən heroin dozası alan, ürəksiz, kinli fanatiklər də aidsiniz. Bəlkə, elə öz həmvətənlərinizə karikatura çəkəsiniz?! Qoy onda sizin şanlı Fransa tarixindən bəzi epizodları yadınıza salım. Bu, sizin qəsb etdiyiniz və keçmiş böyük Fransanı yaradan kaloniyalar dünyası haqqındadır, dünyanın böyüklüyünə görə ikici kontinentinin 35%-dən çox ərazisini 300 il ərzində nəzarətdə saxlayan Fransa haqqında. Bəs indi onlar – bu kalonyyalar nə haldadır, bilirsinizmi? Sineqal, Kot-d'İvuar və Benin qul ticarəti mərkəzinə çevrilmişdir. Müstəmləkəçilər 100 illər boyu materikin təbii sərvətlərini talan edib ölkələrinə daşımışlar. Buna qarşı hər hansı, kiçik belə olsa, üsyan amansızlıqla yatırılırdı. Bu dövr ərzində azadlıq uğrunda 2 milyonan çox afrikalı həyatını itirmiş, I Dünya Müharibəsi dövründə isə Fransız ordusunun silahı ilə bu kontinentin yüzminlərlə sakini həlak olmuşdur. Eyni zamanda Afrika ölklərinin müstəqilliyi uğrunda mübarizə aparan yüz minlərlə insan məhs müstəmləkəçilər tərəfindən öldürülmüşdür.
Əgər tarixi faktlardan danışırıqsa, onda, bəlkə, E.Makron əvvəlcə Fransanın Əlcəzairdə 1830-1962-ci illəri əhatə edən biyabırçı müstəmləkəçilik dövründə törətdiyi soyqırımı etiraf etsin?! Əlcəzair mənbələri əhalinin 1-1.5 mln.-nun öldürüldüyü, 3 mln.-nun isə konsentrasiya düşərgələrinə köçürüldüyü barədə məlumatlar verirdilər. Mən sizə son zamanların hadisələrini xatırlatmaq istərdim; Bax o hadisələrə karikatura çəkmək lazımdır, Məhəmməd Peyğəmbərə (s.ə.s.), yaxud Türkiyədəki fəlakətli zəlzələyə yox!
1940-cı il 02 oktyabr tarixində Vişi rejimi yəhudilərin hərəkətinin məhdudlaşdırılması, ictimai yerlərə girişinə və peşə fəaliyyətinə məhdudiyyət qoyulması barədə “Yəhudilər haqqında” ilk Dekret” (Status de juifs) qəbul etdi. 1941-ci ildə isə yəhudilərin vəziyyətini daha da ağırlaşdıran 2-ci Dekret qəbul olundu. Bir çox fransız həmin dövrdə yəhudilərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların nasistlərə təhvil verilməsində könüllü və fəal şəkildə iştirak edirdi. 1941-ci il 29 mart tarixində işğal olunmuş ərazilərdə Ksavye Vallın başçılığı altında yə- hudilərin əmlaklarının nasistlərin əlinə keçməsində iştirak edən Yəhudi məsələləri üzrə Baş komisariat yaradıldı. 1942-ci ilin 6 mayından etibarən həmin komissariata Lui Darkye de Pellipua başçılıq etdi, o da “azad zona”da eynən bu fəaliyyətlə məşğul olmağa başladı.
İndi isə həmin dövrdə türklərin nə etdiyi barədə sizə söyləyim. 1940-cı illərdə Türkiyənin Fransadakı səfiri Behiç Erkin öz həyatını, vəzifəsini risk altına qoyaraq nasist işğalı altında olan Fransa dövlətinin təzyiqlərinə baxmayaraq, 18200 Fransa yəhudisinə, böyük çətinliklə də olsa, Türkiyə pasportları verə bilmişdir. Minlərlə yəhudi o zaman Türkiyə ərazisinə məhz bu pasportlarla gəlmiş və ölümün pəncəsindən xilas ola bilmişdi. Bu xüsusda bir faktı da nəzərinizə çatdırım. XV əsrdə minlərlə yəhudinin Sultan II Bəyazid tərəfindən ispan inkvizisiyasından xilas edildiyi və Osmanlı imperiyası ərazilərinə köçürüldüyü barədə məlumat verən unikal tarixi sənədlər mövcuddur. Bir tarixi faktı da deyim ki, II Dünya müharibəsi dövründə Türkiyənin Marseldəki vitse-konsulu Nejdet Kent biləndə ki, Marseldə yaşayan 80 nəfər Türkiyə yəhudisini heyvanlar üçün nəzərdə tutlan vaqonlara yükləyərək nasist düşərgələrinə aparırlar, həmən gestapoçu alman zabitindən onların dərhal azad olunmasini tələb etmişdir. O, qəti şəkildə bildirmişdir ki, onlar Türkiyə vətəndaşlarıdır,Türkiyə isə müharibədə iştirak etmir. Alman zabiti ona: “Orada Türkiyə vətəndaşları yoxdur, yalnız yəhudilərdir!” – deyə cavab vermişdir. O zaman Nejdet Kent və köməkçisi həmin vaqona minmiş və nasistlərin tələbinə baxmayaraq, vaqondan düşməkdən imtina etmişlər. Artıq növbəti stansiyada bir qrup alman zabiti vaqona qalxaraq Nejdet Kentdən üzr istəyərək, onun Marselə dönməsini xahiş etmiş, hətta bunun üçün avtomobil də gətirmişdilər. Lakin Kent öz qərarında israrlı idi. “Mən insanları dini və etnik mənsubiyyətinə görə bölünməsinə qarşı çıxan dünyəvi Türkiyə dövlətinin nümayəndəsi olaraq, bu insanları burada qoya və açıq-aydın ölümə göndərə bilmərəm!” – deyə, Türkiyə vitse-konsulu qəti şəkildə bildirmişdir. Onun bu barışmaz mövqeyinə heyrət edən nasistlər nəticədə qatarın Türkiyəyə getməsinə icazə vermişlər.
Mən tarixin bu səhifəsini ona görə yada saldım ki, İsrail dövləti də Türkiyənin çətin anında ona ilk yardım edənlərdən oldu. Onlar öz qardaşlıq və minnətdarlıqlarını bayraqdaki sözlərlə deyil , əməllə göstərdilər.
Türkiyə böyük dövlətdir – o bu bəlanın da öhdəsindən gələcək! Amma sizin “Türkiyədə zəlzələ. Heç tanklar da lazım olmadı” sözləri ilə müşaiyət olunan karikaturanız yaddaşlardan silinəcəkmi?
Bir zamanlar yeganə “imanlı Papa” (hamı onu belə adlandırırdı) olan II İoann Pavel səlib yürüşlərinə görə müsəlmanlar qarşısında tövbə etmişdi. O, işıqlı insan idi və başa düşürdü ki, “biz sizin kimi deyilik”.... Homoseksualizm və digər ağrılı pozğunluqlar Avropada cəsarət göstəricisi olduğu halda, İsa Məsih və Məhəmməd Peyğəmbər (s.ə.s.) isə şüur və qəlblərdən silinmişlər. Yaşayın, necə bacarırsınız, “əziz” karikaturaçılar! Qoy ulu Tanrı özü ayırd etsin kim kimdir...
Siz fataniksiniz. Sizi ifşa etmək gərəkdir! O da şübhəsizdir ki, belə bir faciə ilə siz üzləşsəydiniz, bütün Türk dünyası köməyinizə tələsərdi.
Sizə - Volterin, Robespyerin, Şarl de Qolun həmvətənlərinə üz tutaraq soruşuram: “Deyin görüm, aranızda mənə etiraz etməyə cürət edə biləcək azad insan tapılacqmı?”....
Məqaləni 09.02.2023-cü ildə “Şarl Ebdo” nəşriyyatına təqdim etdi:
“Akademik palmalar” Ordenin kavaleri, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə doktoru, dosent Zöhrə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB