Texniki baxışdan keçməyən maşınlara qarşı hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

Texniki baxışdan keçməyən maşınlara qarşı hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinin sahibləri və ya sürücülər nəqliyyat vasitəsinin Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 azn cərimə edilir”. Bu sözləri SİA-ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib.

Onun sözlərinə görə, şəxs bu məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarəetməyə görə inzibati məhsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir: “Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məhsuliyyətə cəlb olunmur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə