15 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən Ceyranbatan su anbarında “Heydər Əliyev İli” münasibətilə ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, aksiyada Su Ehtiyatları Dövlət Agentliyi və Nazirliyin digər struktur bölmələrinin əməkdaşları iştirak edib.
Əvvəlcə, tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verib. Ulu Öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu çərçivədə, FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov tərəfindən “Heydər Əliyevin 100 illiyi münasibətilə 10000 ağac əkək” aksiyası həyata keçirilir. Bu münasibətlə 10000-dən artıq eldar şamı və sərv ağacı tingləri yetişdirilib, Ceyranbatan su anbarı ərazisində 20 hektara yaxın müvafiq sahə hazırlanıb.
Yanvar ayının 31-dən başlayaraq, həmin ərazidə mütəmadi olaraq ağac əkilməsinə başlanılıb və bu günə qədər artıq 2625 ağac əkilib. Bunların da 1930-u sərv, 695-i isə eldar şamıdır. Fevralın 15-də daha 1000 ağac əkilib.
Qeyd edək ki, may ayınadək davam edəcək aksiya çərçivəsində 10 min ağac əkilməsi nəzərədə tutulur.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB