Azərbaycanda bələdiyyə bağçalarının açılması təklif edilir

Azərbaycanda bələdiyyə bağçalarının açılması təklif edilir

Azərbaycanda bələdiyyələrin uşaq bağçaları açması təklif edilir.

SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev çıxış edib.

O qeyd edib ki, qanunvericilik bələdiyyələrə belə bir imkan yaradır.

“Elə şəhər bələdiyyələri var ki, onun büdcəsi artıq 1 milyona çatıb. Bu çox yaxşı rəqəmdir. İki-üç bələdiyyə yığışıb ərazisində bir uşaq bağçası tikə bilər. Bu gün uşaq bağçalarına böyük ehtiyac var. Ona görə də bələdiyyələr özəl bağça yarada bilərlər. 1600-dən çox bələdiyyədən heç birinin hələ də uşaq bağçası yoxdur ", - deyə T.Rzayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə