Don vurmuş insan necə qidalanmalıdır? -MÜTƏXƏSSİS DANIŞDI

Don vurmuş insan necə qidalanmalıdır? -MÜTƏXƏSSİS DANIŞDI

“Don vurmuş insanların, ilk növbədə, isti içkilər və şorbalar qəbul etməsi məqsədə uyğundur. Burada insanın hansı şəraitdə soyuq havada qaldığı da böyük önəm daşıyır. Əgər şəxs uzun müddət qarda donvurmadan əziyyət çəkibsə, bu zaman mütləq şəkildə ilk olaraq quru və isti yerə keçirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, həmin insanların üzərində islanmış paltarlar varsa, onlardan qurtulmaq lazımdır: “Daha sonra isə mövcud vəziyyətə uyğunlaşdıqdan sonra az miqdarda içki ilə qida qəbuluna başlanıla bilər. Hər hansı bir xəsarət alınıb və ya daxili orqanlarda zədələnmə mövcuddursa, dərhal həkim müdaxiləsi olmalıdır. Yalnız bundan sonra hər hansı bir qida qəbulu uyğun görülür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə