Toxum mağazalarında karantin tətbiq edilən orqanizm aşkarlanıb

Toxum mağazalarında karantin tətbiq edilən orqanizm aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

SİA xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən erilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən toxum satışı ilə məşğul olan mağazalarda monitorinqlər həyata keçirilib.

Yoxlama zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 6 mağazada pomidor meyvələrinin qonur qırışıqlıq virusu, pomidor yarpaqlarının sarı qıvrılma virusu və başqa karantin tətbiq edilən bitki virusları aşkarlanıb.

Faktla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, yüksək risk qrupuna daxil olan sirayətlənmiş toxumlar məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə