Fevralın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edəcək.
Agentlikdən SİA-ya verilən məlumata görə, saat 11:00-da Qobustan rayonu Gənclər Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qobustan və Şamaxı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Qobustan rayonu “7 №-li Yol İstismarı” və Şamaxı rayonu “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB