Yevlax sakininin ölməsi faktı ilə bağlı araşdırma aparılır

Yevlax sakininin ölməsi faktı ilə bağlı araşdırma aparılır

Fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə