6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib

6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 62-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər. SİA xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.

Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 46 maşınının, həmçinin BQXK-nə məxsus 12 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə