Ağdam və Ağcabədidən Türkiyəyə yardım göndərilib

Ağdam və Ağcabədidən Türkiyəyə yardım göndərilib

Ağdam və Ağcabədi rayon icra hakimiyyətlərinin birgə təşəbbüsü və təşkilatçılığı ilə yığılan yardım bağlamaları Türkiyədə zəlzələdən zərərçəkənlərə göndərilib.

SİA xəbər verir ki, yardımın ümumi məbləğinin 110 min manat təşkil edib.

Yardım bağlamalarında əsasən konservləşdirilmiş qida və quru ərzaq növləri, içməli su, dərman preparatları, istilik avadanlıqları, generator, isti geyim və yataq dəstləri, həmçinin çadırlar olub.

Qeyd edək ki, Ağdamdan Türkiyəyə göndərilən sayca 3-cü təminat maşınıdır. Yaxın günlərdə də yeni yardım maşınlarının Türkiyəyə göndərilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə