Qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım kampaniyasına ölkəmizin digər bölgələri kimi, Tərtər rayonu da qoşulub.
SİA-nın əldə etdiyi məlumata görə, tərtərlilər - ayrı-ayrı iş adamları, şəhid anaları, qazilər, sadə vətəndaşlar Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün qış paltarları, yataq, yorğan, döşək dəstləri, zəruri gigiyenik vasitələr və ərzaq yardımları toplayıblar. Toplanan yardımlar bu gün xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Tərtərdən Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB