Gəncədən Türkiyəyə 11 TIR yardım yola düşüb.
Gəncədən Türkiyəyə növbəti yardım göndərilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu gün Gəncədən Türkiyəyə zəlzələdən zərərçəkmiş insanlar üçün növbəti yardım karvanı yola salınıb.
Yardım kampaniyası çərçivəsində 11 yük maşını yola düşüb.Yola salınan yardımlar Gəncə, Ağdam, Balakən, Oğuz, Şəki, Beyləqan, Zərdab, Ucar, Masallı, Lənkəran, Göygöl, Füzuli, Tərtər, Yevlax, Şəmkir, Göyçay, Daşkəsən, Samux, Gədəbəy rayonlardan toplanıb.
Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop bildirib ki, bu gün 125 ton yardım karvanı yola düşür.




USD
EUR
GBP
RUB