Prezident tapşırığına uyğun olaraq, DSX-nin Türkiyəyə növbəti yardımı göndərilib FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) Türkiyəyə növbəti yardımı göndərilib.
Bu barədə SİA-ya DSX-dən məlumat verilib.
İki TIR vasitəsilə göndərilən yardımlara xüsusi hərbi qış çadırları, ədyallar, yataq kisələri, corab, əlcək, köynək, odun sobaları, içməli su daxildir.
Zərərçəkmiş 1000 nəfər heyət üçün göndərilən əmlaklar (2 ədəd TIR)
|
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB