Bakıdan Türkiyəyə yola düşən könüllülər artıq Naxçıvana çatıblar - FOTO

Bakıdan Türkiyəyə yola düşən könüllülər artıq Naxçıvana çatıblar - FOTO

Bakıdan Türkiyəyə yola düşən könüllülər artıq Naxçıvana çatıblar. SİA-nın yerli bürosu xəbər verir ki, qardaş ölkədə baş vermiş zəlzələdən zərər görmüş insanlara kömək məqsədilə Türkiyəyə gedən Azərbaycandan gələn könüllülər artıq Naxçıvan Beynəlxalq Hava limanına eniş ediblər.

Yaxın bir saat ərzində Azərbaycan könüllüləri "Naxçıvan Könüllüləri" ilə birlikdə Türkiyəyə yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə