İdxal olunan bibər toxumlarında zərərli orqanizm aşkar olunub

İdxal olunan bibər toxumlarında zərərli orqanizm aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsulları və fitosanitar nəzarətə aid məhsullar üzərində nəzarət tədbirlərini davam etdirir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, “MK Group Agro” MMC tərəfindən İspaniya Krallığından idxal olunan 1,06 kiloqram bibər toxumuna keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində pomidor meyvələrinin qonur qırışıqlıq virusu aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub, zərərli orqanizmlə sirayətlənmiş əkin-səpin materialı məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə