“Stres bağırsaq florasını pozan əsas amillərdəndir” - MÜTƏXƏSSİS DANIŞDI
“Bağırsaqlarımızın təmizliyini təmin etmək üçün qidaların təmiz olmasına diqqət etmək lazımdır. Xüsusilə də çiy meyvə-tərəvəz təmiz yuyulmalıdır. Çünki adətən torpaqda yetişən bu qidalarda torpaq vasitəsilə bir çox mikrob və viruslara yoluxma riski daha çox olur. Bəzi meyvələr var ki, onların biri-biri ilə qarşılıqlı təsiri kimyəvi reaksiyaların getməsi və bağırsaq florasının pozulmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, hər bir insan özünün fərdi allergik xüsusiyyətlərini bilməlidir. Çünki bir çox qidalara qarşı insanlarda allergiyalar olur ki, bunu bilmədən qida qəbul etdikdə bəzi hallarda dəridə qızartı, qaşınmaya, bəzi insanlarda isə ishala səbəb olur.
Bağırsaqların funksiyalarının pozulmaması üçün əsas məqam sağlam həyat tərzinin olmasıdır. Siqarət və spirtli içkilərdən uzaq durmaq lazımdır. Stres də bağırsaq florasını pozan əsas amillərdəndir.
Orqanizmə lazımi maye miqdarını qəbul etmədikdə bağırsaqlarda yığılan toksinlər yığılmaq əvəzinə, orqanizmə sovrulur. Bu isə orqanizmin zəhərlənməsinə və diabet, xərçəng, ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB