Rusiyadakı Azərbaycan diasporu zəlzələdən zərərçəkənlərə yardım göndərib

Rusiyadakı Azərbaycan diasporu zəlzələdən zərərçəkənlərə yardım göndərib

Rusiyadakı Azərbaycan diasporu və fərdi şəxslərin Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə 282 600 min manat məbləğində yardım göstərilib

SİA xəbər verir ki, 8 təşkilat, 2 icmanın ianə etdiyi vəsaitin 51 000 manatı nağd, 231 600 manatı isə humanitar yardım şəklində istifadə edilib.

Yardım edənlər Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti, Pyotiqorsk şəhəri “Araz” Milli-Mədəni Muxtariyyəti, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi, Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz Bazarında çalışan azərbaycanlı iş adamları, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyəti, “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı, “Ural-Azərbaycan” Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı, Azərbaycan İcmaları Konqresi, Ukraynanın Lvov şəhərindəki Azərbaycan icmasının üzvləri olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə