Azərbaycan Ordusunun hərbçisi qar uçqununa düşərək həlak olub

Azərbaycan Ordusunun hərbçisi qar uçqununa düşərək həlak olub

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub.

SİA-nın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumatı təsdiqləyib.

"Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.

Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.

Bütün xəbərlər Facebook səhifəmizdə