Xidmətin təkmilləşdirilməsi üçün hansı addımlar atılır ? - QURUMDAN AÇIQLAMA

Xidmətin təkmilləşdirilməsi üçün hansı addımlar atılır ? - QURUMDAN AÇIQLAMA

Bakı şəhərində sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması məqsədi ilə sürücü kontingentinin formalaşdırılması və sürücülərin təlimlərə cəlb edilməsi, qəsəbədaxili və qəsəbələrarası marşrutların təşkili ilə bağlı təhlillər apararaq yol infrastrukturunun imkan verdiyi ərazilərə qədər marşrutların təşkili, avtobus zolaqlarının və kart sisteminin əhatə dairəsinin genişləndirilməsi, tələblərə uyğun olmayan avtobusların istismar edildiyi və şikayətlərin daha çox daxil olduğu marşrutlar üzrə müsabiqələrin keçirilməsi və Bakı şəhərinin inzibati ərazisində marşrut şəbəkəsində əlçatanlığın daha da artırılması istiqamətində optimallaşdırmanın aparılması kimi müvafiq tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlərlə yanaşı bəzi problemlər dayanıqlı ictimai nəqliyyatın inkişafına öz mənfi təsirini göstərməkdədir. Belə ki, mövcud vəziyyətdə müntəzəm marşrutlar üzrə sürücü çatışmazlığı, bəzi ərazilər üzrə yol infrastrukturunun ictimai nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün qənaətbəxş səviyyədə olmaması, qanunusuz parklanma və sərnişindaşıma hallarının olması, xüsusi avtobus zolaqlarına digər nəqliyyat vasitələrinin zolaqlara daxil olması, günün pik saatlarında küçə və prospektlərdə nəqliyyat axınında sıxlıqların yaranması, müəyyən sayda avtobusların istismar vəziyyətin qənaətbəxş olmaması və daşıyıcıların maliyyə dayanaqlılığının olmaması kimi mövcud problemlər vardır.

Qeyd olunan problemlər səbəbindən ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən Agentliyə çoxsaylı müraciətlər (intervallar, sürücü fəaliyyəti, xətdən yayınma, infrastrukturunun olmamasına baxmayaraq yeni marşrutların təşkili, nasaz avtobuslar) daxil olmuşdur.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə