Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınır. SİA-nın xəbərinə görə, bunu FHN-in əməkdaşı Ərəstun Əliyev deyib.
Onun sözlərinə görə, budəfəki yardım çərçivəsində təyyarələr vasitəsilə 1 ədəd mobil səhra hospitalı, əhalinin yerləşdirilməsi üçün çadırlar və qızdırıcılar göndərilir.
"Bundan əvvəl, zəlzələnin ikinci günündə ilk dəfə mobil səhra hospitalı yola salınıb. Hazırda həmin hospital fəaliyyətini davam etdirir", - FHN əməkdaşı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB