Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı müraciət edib
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə ölkəmizdə ictimai yardım kampaniyası davam edir. Vətəndaşlarımız könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilən yardım məntəqəsinə çatdırırlar.
SİA-nın əldə etdiyi məlumata görə, Gənclər və İdman Nazirliyindən bildirilib ki, yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur. Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur. Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsi ilə məşğul olur, tırlara yığılaraq göndərilməsini təmin edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB