Türkiyədən 395 vətəndaş Azərbaycana yola salınıb

Türkiyədən 395 vətəndaş Azərbaycana yola salınıb

Fevralın 8-də 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Onlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə