FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınacaq

FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınacaq

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, FHN-in mətbuat xidmətindən bildirilib ki, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə