"Əsas meyar insanın fərqindəliyini duymasıdır" - PSİXOLOQ DANIŞDI
“Əqli güc insanın zehni fəaliyyəti ilə bağlıdır. Bu məhz insana məxsus olan idrak proseslərinin inkişafı ilə əlaqədardır. Yaş qruplarına əsasən uşağın idrak prosesləri inkişaf edir. Hansı ailədə böyüməsi, əhata olunduğu mühitin idrak səviyyəsinin nə qədər inkişaf etmiş olması, uşağın müəyyən həssas yaş dönəmində inkişafına yatırılan resurslar da vacib məsələdir. Uşağa yatırılan resurslar onun gələcək inkişafına xidmət etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.
Onun sözlərinə görə, yatırılan resurs uşağın ilk növbədə az yaşlarından başlayaraq öyrənmə qabiliyyətinin formalaşdırılmasıdır: “Uşağın azyaşlı dövründən bgaşlayaraq zehnini inkişaf etdirmək lazımdır. Bütün bunlar üçün valideynin pedaqoq və ya çox savadlı olması mühüm əhəmiyyət kəsb etmir. Övladını sağlam bir şəxsiyyət olaraq böyütmək istəyən valideyn əlindən gələni əsirgəmir və öz övladına mənəvi dəstək olmağa çalışır. Eyni zamanda yaş artdıqca artıq insan özünü daha yaxşı dərk edir. Bu zaman isə özünə nə lazım olduğunu, nə istədiyini anlaya bilir. Ən əsas meyar insanın fərqindəliyini duymasıdır.
Bütövlükdə isə əqli gücü artırmaq şəxsin özündən asılıdır. İnsan müəyyən yaşa qədər istədiklərinə çata bilmək üçün özünə yatırımlar etməlidir. Düzgün zehni inkişafa sahib insan isə ətrafındakı insanlara da müsbət mənada öz təsrini göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB