Gəncədən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək

Gəncədən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək

Gəncə sakinləri "Qardaş köməyi" təşəbbüsü adı altında Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulublar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şəhər sakinləri səhər saatlarından etibarən axın-axın təyin olunan yardım toplama məntəqəsinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Yardımlar əsasən, yataq dəstləri, yorğan-döşək, isti geyim, azyaşlılar üçün lazım olan əşyalardan ibarətdir. Aksiyada rayonda yaşayan bütün xalqların nümayəndələri yaxından iştirak edirlər.

Aksiyada iştirak edən vətəndaşlar minlərlə insanın ölümünə, böyük dağıntılara, yaşayış məntəqələrinin yerlə-yeksan olmasına, on minlərlə insanın yaralanmasına səbəb olan bu dəhşətli zəlzələdən sarsıldıqlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə