Azərbaycan diasporu Sankt-Peterburqda xeyriyyə gecəsi təşkil edir

Türkiyəyə yadım məqsədilə
Azərbaycan diasporu Sankt-Peterburqda xeyriyyə gecəsi təşkil edir

Sankt-Peterburqun Azərbaycan diasporu Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə yadım məqsədilə xeyriyyə gecəsi təşkil edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi fevralın 9-da Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə yardım məqsədilə xeyriyyə gecəsi keçirəcək.

Rusiyanın Şimal paytaxtının, milliyyətindən asılı olmayaraq hər bir sakini təbii fəlakətə məruz qalmış bu ölkələrə çadırlar, qızdırıcılar, isti geyim və sair yardımı göstərə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə