8 fevral. Üç gün öncə Türkiyə səhər saatlarında fəlakətə oyandı. Bu gün artıq Kahramanmaraşda zəlzələnin 3-cü günüdür. Çox acı nəticələr açıqlanıb. Mərkəzi Kahramanmaraş və 10 şəhəri vuran 7,7 və 7,6 ballıq zəlzələlərdə ümumi can itkisi 6 min 234 nəfərə, yaralananların sayı isə 37 min 11 nəfərə çatıb. Rəqəmlər sürətlə artır.

Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ Qaziantep, Şanlıurfa, Diyarbakır, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatyada baş verib. Zəlzələ nəticəsində xüsusilə Kahramanmaraş, Hatay və Adıyamanda böyük dağıntılar olub.
Görülən işlər nəticəsində yaralanan və xilas edilənlərin sayı 37 min 11-ə yüksəldi. Dəyən zərəri qiymətləndirmə işlərinə görə dağılan binaların sayı hələlik 5 min 775-dir. Tam təsdiq olmasa da, “dağılmış” kimi bildirilən binaların sayı 11.302 olaraq açıqlanıb.
Türkiyədə baş verən bu böyük fəlakət qardaş Azərbaycanda da böyük həyəcanla qarşılanıb. Azərbaycanlılar hadisələri anbaan izləyir, türkiyənin kədərinə, matəminə şərik olurlar. İzlədiyimiz hadisələrdən insanı duyğulandıran və göz yaşı ilə qarşıladığımız bir neçəsi…
***
Hatayda yaşayan Trabzonlu ana, ata və beş əkizdən dördü zəlzələdə həyatını itirib
Kahramanmaraşda baş verən zəlzələlərdə Hüseyn Huyluoğlunun, Trabzonlu həyat yoldaşı Merve Huyluoğlunun və 4 övladının cansız bədənləri Hatayda bir mənzilin dağıntıları altından çıxarılıb.
2020-ci ildə Hatayda məskunlaşıblar
17 il əvvəl işləmək üçün Səudiyyə Ərəbistanına gedən və turizm agentliyində çalışan Hataylı Hüseyn Huyluoğlu 2013-cü ildə Səudiyyə Ərəbistanında doğulub böyüyən Trabzonlu Merve Özerlə ailə həyatı qurub.
2016-cı ildə ilk qızlarını qucağına alan Huyluoğlu cütlüyü 2020-ci ilin mart ayında 3 oğlan, 2 qız dünyaya gətirib.

Onlar nazirlik tərəfindən evə gətirilib
29 iyul 2020-ci il tarixində koronavirus epidemiyası səbəbilə böyük çətinliklərlə üzləşən və beşəmlərinin şəxsiyyət vəsiqələrini ala bilmədiyi üçün ölkədə qapalı qalan Huyluoğlu ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəyə gətirilib. Huyluoğlu ailəsi Türkiyəyə gəldikdən sonra Hatayda məskunlaşıb.
Ana, ata və beş əkiz dağıntılar altında qalıb
Huyluoğlu ailəsinin üzvü Hüseyn Huyluoğlu, həyat yoldaşı Merve Huyluoğlu və beşlikləri zəlzələdə dağıntılar altında qaldı.
Axtarış-xilasetmə işlərindən sonra Huyluoğlu ailəsinin anası və atası ilə birlikdə beşlikdən 4-nün cansız cəsədləri dağıntılar altından çıxarılıb.
Hüseyn Huyluoğlunun ölüm xəbərini işlədiyi şirkət açıqlayıb. Onun sosial media hesabındakı paylaşımında aşağıdakı ifadələr yer alıb: “Məkkə bələdçimiz Hüseyn Huyluoğlu ailəsi ilə birlikdə Hatay zəlzələsində dünyasını dəyişdi. Yalnız oğlu Məhəmməd sağ qalıb. Allah rəhmət eləsin, məkanları cənnət olsun, ailəsinə Allah səbr versin”.
***
Şaxtalı soyuğa baxmayaraq ata 15 yaşlı qızının əlini buraxmayıb
Türkiyə mərkəzi Kahramanmaraşda olan iki güclü zəlzələ ilə sarsıldı. Birincisi 7,7, ikincisi isə 7,6 bal gücündə baş verən zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Ağrı meydanı
Kahramanmaraşda bir atanın ölçüyəgəlməyən ağrısı görüntüləndi. Ata Məsut Hançer zəlzələdə həyatını itirən 15 yaşlı qızı İrmakın əlini havanın soyuq olmasına baxmayaraq bir saniyə belə buraxmayıb. Kədərli ata zəlzələnin ilk günündən binanın dağıntıları arasında qızını gözləyir.
***
Aksaraylı müəllimlər Gülşən və Raziyə zəlzələdə həyatını itirib
Aksarayın Əskil mahalında qeydiyyatda olan müəllimlərdən 25 yaşlı Gülşən Köylü Hatayın Kırıkhan rayonunda, 23 yaşlı Raziye Şanlav isə Şanlıurfanın Hilvan rayonunda dünyasını dəyişib.

Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və 10 vilayətdə baş verən zəlzələdə Hatayın Kırıkhan rayonunda sinif müəllimi kimi çalışan, 5 bacısı və 1 qardaşı olduğu öyrənilən Gülşen Köylü zəlzələdən xilas oldu, lakin uçan minarənin altında qalıb. Xilasedici qruplar səhər saatlarında onun cəsədini tapıblar. Əskil rayonuna gətirilən müəllim dəfn üçün rayonun Çulha kəndinə aparılıb.
Şanlıurfanın Hilvan rayonunda çalışan din mədəniyyəti və əxlaq müəllimi Raziyə Şanlav zəlzələ zamanı evdən çıxarkən çökən minarənin altında ölüb.
Subay olan Şanlavın ilk vəzifə yerinin Şanlıurfada Hilvan olduğu öyrənilib. Raziyə müəllimin də Əskil rayonunda torpağa tapşırılacağı bildirilib.
Aksaray valisi Həmzə Aydoğdu zəlzələdə həyatını itirən müəllimlər üçün başsağlığı verib.
***
Hatayda dağıntılar altından çıxan uşaq: Məktəbə necə gedəcəyəm?..
Baş verən zəlzələlər ürəyimizi parçaladı. 10 vilayətdə baş verən zəlzələdə xilasedici qruplar günlərdir canla-başla işə başlayıb. İşlər davam etdikcə xoş xəbərlər gəlməyə davam edir. Daha bir şad xəbər Kahramanmaraş zəlzələlərindən ən çox zərər çəkən bölgələrdən biri olan Hatayın İskenderun rayonunda axtarış-xilasetmə işləri davam edərkən, zəlzələdən saatlar sonra daha bir uşağın dağıntılar altından çıxarılması ilə gəldi..jpg)
Hatayın İskenderun rayonunda saatlar sonra dağıntılar altından çıxarılan oğlanın ilk sözləri emosional olub. Adının öyrənilməsi mümkün olmayan 12-13 yaşlı uşaq dağıntılar altından çıxarılaraq xərəyə qoyulanda ilk sözləri “Mən məktəbə necə gedəcəyəm?”, olub.
***
42 saat sonra dağıntılar altından xilas edilən Xədicə: limonlu su verin
Türkiyə Kahramanmaraşda olan 2 şiddətli zəlzələ ilə sarsıldı. 10 əyaləti əhatə edən fəlakət böyük dağıntılara səbəb olub.Zəlzələnin ikinci günündə də xilasetmə işləri sürətini azaltmadan davam etdi.
Dövlətin zəlzələ bölgələrinə səfərbər edilən bütün qurumlarının fəaliyyəti sayəsində 42 saatdan sonra möcüzəvi qurtuluş da ürəkləri sevinclə doldurdu.
“Mənə limonlu su ver”

Hatayda 42 saat sonra dağıntılar altından çıxarılan 16 yaşlı Haticenur Aslı Ardıçın ilk sözləri “Mənə limonlu su ver” olub.
Xilasetmə qrupları ilə davamlı olaraq danışan 16 yaşlı Haticenur Aslı Ardıç onlar tərəfindən saatlarla davam edən işin ardından Hatayda zəlzələdə yıxılan Sanayi Məhəlləsi 600 Evlər Sitesi'nde dağıntılar altından sağ çıxarılıb.
Təcili yardıma yerləşdirilən Haticenur Aslı Ardıçın ayaqları və çiyin nahiyəsindən aldığı zərbənin vəziyyətinin yaxşı olduğu bildirilib.
***
Dağıntılar altında oğlu ilə söhbət edən ata: “Səni çox sevirəm”...
Türkiyənin ürəyi zəlzələ bölgələrində döyünür. Mərkəzi Kahramanmaraşda baş verən 2 şiddətli zəlzələdən sonra 10 vilayət başdan-başa dağılıb. Fəlakətin 3-cü gününə çatınca ağır söküntülər, çökmələr və can itkiləri daha da ağırlaşmağa başlayıb.
Göndərilən bütün dövlət qurumları ilə yanaşı, ölkənin hər yerindən könüllülər də zəlzələ bölgələrinə yola düşüb.

53-cü saat keçdi
Dağıntılar altından çıxarılan vətəndaşlar sağ qalmalarına sevinmədən yaxınlarını və ailələrini gözləməyə, axtarmağa başlayıblar.
53-cü saat keçdikcə möcüzəvi qurtuluşlarla ekipaj və zəlzələdən sağ çıxanlar dərin nəfəs aldı.
Dağıntılar altında oğlu ilə söhbət edən ata “Səni çox sevirəm. Çıxanda oynayacağıq, oldumu?”,- dedi. Övladı atasınını bu sözlərindən böyük təsəlli aldı.
Ata tərəfindən lentə alınan video sosial şəbəkədə paylaşılıb
“Çıxanda oynayacağıq”
Atam dedi: “Yaxşısan? Oğlum, səni görürəm. Səni çox sevirəm. Çıxanda matçımız olacaq, yaxşı?”.
Atası ilə şok və qorxu içində danışan oğlan “Əvvəlcə anamı çıxar” deyib.
Kiçik uşaq yanğınsöndürənlərin köməyi ilə sağ-salamat çıxarılıb.
Budur, ürəkləri parçalayan o anlar...
***
Hatayda 44 saat dağıntılar altında qalan 2 yaşlı Məhəmməd xilas edilib
Defne rayonunda dağıntılar altında qalan 2 yaşlı Məhəmməd üçün uzun sürən mübarizə başlayıb. 44 saatdan sonra xilas edilən və susuz qalan körpəyə şüşə qapağı ilə su içdiriblər.

Dağıntılar altından çıxan körpə sağlamlıq qruplarına təhvil verilib.
***
Hatayda zəlzələnin 35-ci saatlarında möcüzəvi qurtuluş
10 vilayəti viran qoyan fəlakətdən sonra ağır itkilər olub, yaralı vətəndaşlar dağıntılar altından çıxarılmağa başlanıb.
İlk andan fəlakət bölgələrində ürəkləri ilə döyüşən komandalar zəlzələnin ikinci günündə möcüzəvi qurtuluşla böyük sevinc yaşadılar.

Dağıntılar altında qalan 5 yaşlı Sidra adlı uşaq xilas olunmaq üçün saatlarla gözləyib və mədən işçilərinin axtarış-xilasetmə işləri ilə 35 saat sonra xilas edilib. Həmin anlar xilasedicilər tərəfindən lentə alınıb. O anları izləyənlər böyük sevinc yaşadılar.
Atasına təhvil verilən balaca qızın üzünə əks olunan şok vəziyyəti hər kəsin ürəyini sızlatdı.
Kiçik qızın 8 aylıq Nur və 3 yaşlı Seyfəddin adlı bacı-qardaşının cəsədləri tapılıb.
Tərcümə-Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB