Sosial şəbəkələrdə zəlzələ ilə bağlı Türkiyə edilən yardımlardan vergi tutulması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən SİA-ya verilən məluma görə, Türkiyəyə yardımla bağlı edilən ödənişlərdən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.
Vergi tutulması ilə qarşılaşan şəxslər İqtisadiyyat Naziriyinin 195-1.2 Cağrı Mərkəzi ilə əlaqə saxlayıb, şikayətlərini bildirə bilərlər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Türkiyədəki zəlzələ ilə bağlı yardım etmək istəyən vətəndaşlar xüsusi yaradılmış bank hesabları vasitəsilə yardım edə bilərlər.
|
Türkiyənin Bakıdakı səfirliyi yardımlarla bağlı əlaqə saxlamaq üçün əlaqə telefonlarını açıqlayıb.
Mərkəzi nömrə: +994 12 444 73 20
Konsolosluq şöbəsi: +994 12 444 73 43
Qaynar xətt: +994 51 206 08 04
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB