Azərbaycandan növbəti 228 nəfərlik xilasetmə heyəti Türkiyəyə yola salınıb
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 228 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yola salınıb. SİA xəbər verir ki, bunu FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov bildirib.
Onun sözlərinə görə, şəxsi heyət axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə təmin olunub və onların Türkiyədə qalma müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur:
"Verilən tapşırıqların icrası tam yerinə yetirilənə qədər şəxsi heyət orada fəaliyyət göstərəcəkdir. Bildiyiniz kimi, iki gün öncə yola saldığımız qruplar artıq sutkalıq axtarış-xilasetmə əməliyyatlarına başlayıblar və müəyyən nəticələr var".
Qeyd edək ki, 228 nəfərlik şəxsi heyət Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173




USD
EUR
GBP
RUB