Türkiyənin zəlzələ bölgələrində fövqəladə vəziyyət elan olunub

Türkiyənin zəlzələ bölgələrində fövqəladə vəziyyət elan olunub

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.

SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Dövlət başçısı axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə