Azərbaycanda zəlzələ ola bilər? - DİQQƏT! - RSXM RƏSMİSİ AÇIQLADI
“Yaxın ətrafımızdakı ölkələrdə baş verən zəlzələlərin Azərbaycandakı zəlzələ ocaqlarına heç bir təsiri yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, bildiyimiz kimi, Türkiyədən öncə də Güney Azərbaycanda zəlzələ baş vermiş və bu Naxçıvan Muxtar Respublikasının sərhədyanı ərazilərində müəyyən qədər hiss olunmuşdu: “Amma ümumilikdə, Qafqaz regionu seysmik baxımdan aktiv bölgədə yerləşir. Həm Azərbaycanın, həm Türkiyənin, həm də digər qonşu ölkələrin ərazisi seysmik hesab olunur. Lakin buradakı zəlzələ ocaqlarının bir-biri ilə nə seysmoloji, nə də geoloji baxımdan əlaqəsi yoxdur. Ona görə də Türkiyədəki zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarına təsiri yoxdur”.
Vüsalə Rafiqqızı sözlərinə belə davam edib: “Heç kim zəlzələnin dəqiq proqnozunu verə bilməz. Seysmik zonalarda vaxtaşırı hiss olunan və hiss olunmayan zəlzələlər baş verir ki, bu da həmin zonalar üçün xarakterikdir. Yəni, Azərbaycanda yaxın vaztlarda güclü dağıdıcı zəlzələ olacağı ilə bağlı yayılan fikirlərlə bağlı bildirmək istəyirəm ki, bu fikirlərin heç bir əsası yoxdur. Panikaya düşməyin və bu fikirlərə inanmayın. Yalnız rəsmi dövlət qurumlarının açıqlamalarına diqqət etmək lazımdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB