Azərbaycanlı həkim heyəti Türkiyədə zərərçəkənlərə yardım göstərəcək

Azərbaycanlı həkim heyəti Türkiyədə zərərçəkənlərə yardım göstərəcək

Azərbaycandan Türkiyəyə gedən 34 nəfərlik həkim heyəti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göstərəcək.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat verib.

Qeyd edilib ki, 34 nəfərlik həkim heyətini və digər ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər Adanaya yola düşüb.

Xatırladaq ki, ötən gün Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə