Piyada vurulması hadisələrinə görə Bakıda hansı ərazilər öndədir? - QURUM RƏSMİSİ AÇIQLADI
“Paytaxtın bütün rayonları üzrə yollarında müxtəlif qayda pozuntuları baş verir. Lakin bəzi qayda pozuntularının xarakterik olduğu küçə və prospektlər, xüsusilə də maddi ziyanla yekunlaşan yol nəqliyyat hadisələrinin daha çox olduğu küçə və prospektlərdən əsasən “20 Yanvar”, “Şamaxinka” istiqamətini, Koroğlu metrosunun ətrafını və nəqliyyat qovşağı funksiyası olan digər əraziləri misal göstərmək olar”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdrəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, belə ərazilərdə əsasən dayanma-durma, sərnişin və piyada təhküləsizliyinə düzgün riayət olunmadığı üçün hadisələr tez-tez qeydə alınır: “Beləki yolun hərəkət istiqamətində avtomobilin saxlanılması, vətəndaşların yanlış istiqamətdə qapını açıb, düşdükləri üçündə bir çox yol nəqliyyat hadisələri baş verir.
2022-ci ilin statistikasına görə, Heydər Əliyev prospekti piyadaların vurulması ilə nəticələnən hadisələrə görə ilk sıradadır. Belə ki, bu ərazidə ümumi yol nəqliyyat hadisələri üzrə 20 nəfər xəsarət aıb, piyada vurma nəticəsində16 nəfər isə həyatını itirib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB