Azərbaycanda 56 dövlət əmlakı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14, 21, 28 fevral tarixlərində keçirəcəyi hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq.

Bu barədə SİA-ya Dövlət Xidmətindən bildirilib.

Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da var.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı: ( https://clck.ru/33TqtH )

Bütün xəbərlər Facebook səhifəmizdə