Reyestrdən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək - Agentlik

Azərbaycanda media reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək.

SİA-nın məlumatına görə, bunu bu gün Mətbuat Şurasının toplantısında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün media qurumları reyestrdən keçməlidir.

"Biz bununla bağlı media subyektlərinə 6 ay müddət müəyyən etmişik. Azərbaycanda media subyekti fəaliyyətini bəyan etməlidir. Fəaliyyətini bəyan etmək üçün də həmin qurum media reyestrindən keçməlidir. 6 ay müddətində hansısa media subyekti media reyestrindən keçmirsə, biz həmin qurumu aşkarlayıb onun barəsində məhkəməyə müraciət edəcəyik", - icraçı direktor qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə