Bu işçilər media reyestrində qeydiyyatdan kənarda qalacaq - Əhməd İsmayılov

Telekanallarda operator və digər texniki işçilər media reyestrində jurnalist kimi qeydiyyata alınmır. SİA-nın məlumatına görə, bunu bu gün Mətbuat Şurasının toplantısında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, həmin şəxslərin jurnalist kimi qeydiyyata alınması düzgün deyil: "Qanunda yazılıb ki, media təmsilçisi başqadır, jurnalist başqa. Məsələn, televiziyalarda operator vəzifəsində işləyənlər media təmsilçisi ola bilər. Amma onlar jurnalist deyillər. Televiziya jurnalistlərinin sujet hazırlamasında onların da rolu var. Amma bu, jurnalist olmaq deyil. Ona görə də həmin şəxslər jurnalist kimi qeydiyyata alınmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə