Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.
SİA-nın məlumatına görə, bu barədə səfirliyin "Twitter" hesabında qeyd edilib.
“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, - deyə bildirilib.
Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB