Ombudsman beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Səbinə Əliyeva PakistanınAzərbaycandakı səfirliyi tərəfindən Kəşmir HəmrəylikGünü münasibətilə keçirilən beynəlxalq konfransdaiştirak edib. SİA xəbər verir ki, Konfransda çıxış edən Ombudsman Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biriolduğunu, ölkəmizin hər zaman haqlı mövqeyini həm siyasi, həm də mənəvi cəhətdən dəstəklədiyini, vurğulayıb.

O, iki qardaş ölkə arasında bu gün də müxtəlif sahələrdə münasibətlərin yüksələn xəttlə inkişafetdiyini bildirib.

Müvəkkil Pakistanla Azərbaycan arasında digər sahələrlə yanaşı, insan hüquqlarının müdafiəsi sahəsində də iki ölkənin Ombudsman təsisatları arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişafı və hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini məqsədilə Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

Son illər dünyada baş verən terror aktları, münaqişə və müharibələr nəticəsində pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsinin və gələcəkdə bu kimipozuntulara səbəb olan halların aradan qaldırılmasının əsas vəzifələrdən biri olduğu vurğulanıb.

Yarım əsrdən artıq bir dövrü əhatə edən Cammu və Kəşmir bölgəsindəki vəziyyətin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə rəğmən həll olunmaması minlərlə insanın bu münaqişədən əziyyət çəkməsinə səbəb olduğu qeyd olunub.

Sonda, Ombudsman sözügedən münaqişənin ən qısa zamanda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll ediləcəyinə inamını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə