Sədr “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Vəkillər Kollegiyasının sədri Anar Bağırov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Ramil Abulov ilə görüş keçirib. SİA xəbər verir ki, görüşdə R.Abulovu ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən A.Bağırov onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirilib.