“Keyfiyyət məsələsi ortalıqda qalıb” - QURUM RƏSMİSİ AÇIQLADI

“Bazarda satılan yağlar istisna olmaqla digər yağlar AQTA tərəfindən yoxlanılır. Onların icazəsi olmadan heç bir marketə məhsul daxil olmur. AQTA məhsulların, o cümlədən yağların təhlükəsizliyini təmin edən sənəd verir. Lakin keyfiyyət məsələsi ortalıqda qalıb”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, məhsulların keyfiyyətinin tənzimlənməsi ilə heç kim məşğul olmur: “Keyfiyyətsiz məhsul isə insanları tədricən xəstəliklərə düçar edə bilər. Təəssüf ki, bu cür məhsullara ölkənin əmtəə bazarında rast gəlinir.

Bitki və heyvan mənşəli yağlar AQTA-nın laboratoriyasında yoxlanılır, daha sonra marketlərə daxil olur. AQTA-nın gömrük keçid məntəqələrində yoxlama laboratoriyalarının olmaması problem yaradır. Çünki gömrük orqanları sənədlərə əsaslanaraq, məhsulları ölkənin əmtəə bazarına buraxır. Buna görə də gömrük keçidlərində AQTA-nın yoxlama laboratoriyaları yaradılmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə