"Təcrübəsiz psixoloq yanında müalicə olunursuzsa..." - PSİXOLOQ DANIŞDI

“Psixoloqa gedirəm, amma dəyişən bir şey yoxdur” ifadəsi ilə tez-tez rastlaşırıq. Bu yaş qrupuna görə fərqlənən bir vəziyyətdir. Əgər bu uşaqlarla bağlı problemdirsə, uşaqlar psixoloji dəstək alırlarsa, bu zaman digər ailə üzvləri də bu dəstəyi almalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, böyüklərdə isə proses tamamilə fərqlidir. Belə ki, insanlar illərdir üzərlərinə yığılan problemləri 3-4 seans psixoloqa getməklə aradan qaldırmaq istəyirlər. Təbii ki, bu da mümkün olmur. Çünki psixoloji olaraq müalicə olunmağın da müəyyən bir müddəti var.

Son vaxtlar psixoloqların təkmilləşdirilməsi və ya psixoloq olmayan şəxslərin bu işlə məşğul olması ilə bağlı da məsələlər aktuallaşıb. Bu cür məsələlər də öz növbəsində insanların düşüncəsinə təsir göstərir. Əgər siz təcrübəsiz psixoloq yanında müalicə olunursuzsa, bu zaman təbii ki, nəticə əldə etməyəcəksiz. Buna görə də düzgün psixoloq seçmək və müalicə prosesinə düzgün yanaşmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə