Prezident mükafatına layiq görülmüş gənc təəssürtlarını SİA ilə bölüşdü

“Bildiyiniz kimi, bu il 2 fevral tarixində biz artıq Azərbaycan Gənclər Gününün təsis olunmasının 26-cı ilini qeyd edirik. Ümummilli liderin təsis etdiyi bu gün əslində Azərbaycan gəncliyi üçün olan ən böyük mükafatlardan biridir. Mənim üçün çox xoş məqamdır ki, bu il cənab Prezident İlham Əliyevin sərəncamı ilə fəaliyyətimdə fərqləndirilərək Gənclər üçün Prezident mükafatına layiq görülən gənclərdən biri də mən oldum”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Onun sözlərinə görə, təbii ki, bu ümumi fəaliyyətə verilən bir qiymət olmaqla yanaşı, özü-özlüyündə də yeni məsuliyyətlər yaradır: “Belə hesab edirəm ki, bugünə qədərki fəaliyyətimdə tam olaraq dövlətçilik maraqları, Azərbaycan üçün çalışmaq və bu istiqamətdə Azərbaycan gəncliyinə yönəlmiş fəaliyyətdə daha dinamik şəkildə çalışmaq, cənab Prezidentin müəyyən etdiyi xətt üzrə vətənpərvər, dövlətçi, yeniliklərə agah, intellektual Azərbaycan gəncliyinin formalaşması, cənab Prezidentin dövründə formalaşmış Azərbaycan gəncliyinin sahib olduğu dəyərlərin bizdən sonra gələcək nəsillərə ötürülməsi, bu istiqamətdə fəaliyyəti davamlı şəkildə həyata keçirmək ciddi bir məsuliyyətdir. Ümid edirəm ki, göstərilmiş bu etimadı bir gənc olaraq bundan sonra mən də doğrulda biləcəm və bu istiqamətdə əzmlə çalışacam.

Bütün Azərbaycan gəncliyini 2 Fevral Gənclər Günü münasibətilə təbrik edirəm. Bütün gənclərimizə öz fəaliyyətlərində daha da uğurlu olmağı və bu uğurlarla Azərbaycanın adını layiqli şəkildə təmsil etməyi arzulayıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə