İctimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb- AQTA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən edib.

Bu barədə SİA-ya AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 11, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə