Dəmir yolu xəttində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb
Fevralın 1-i saat 19:00 radələrində Abşeron-Puta dəmiryol xəttinin Lökbatan keçidinə yaxın ərazisində 1981-ci il təvəllüdlü Zaur Cavadovun meyitinin aşkar olunması barədə məlumat daxil olub.
Qaradağ rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, Zaur Cavadovun qeyd edilən ərazidə hərəkətdə olan qatar tərəfindən vurulması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə