Çörək ən çox tələb olunan qida məhsullarından biri hesab olunur. Ağ çörək bütün növlər arasında ən yüksək glisemik indeksə, həmçinin qida və vitaminlərin ən aşağı tərkibinə malikdir.
SİA mövzu ilə bağlı araşdırma aparıb
Ağ çörək birinci növ undan hazırlanır. Tərkibində olan maya bədəndən kalsiumu çıxarır. Həm də həzm sistemini yükləyir, qaraciyərə təsir edir və mədənin turşuluğunu artırır.

Çovdardan hazırlanan çörəyin tərkibində çoxlu vitamin və liflər var. Bununla belə, çovdar mədə mukozasını qıcıqlandıra bilən yüksək asidik mühitə malikdir.
Mayasız çörək turş xəmirdən hazırlanır, lakin mayasızdır. Bu növ məhsul ən faydalı və aşağı kalorili hesab olunur. Natriumla zəngindir, daha az protein və yağ ehtiva edir. Eyni zamanda mayasız çörək suyu saxlayır və tərkibindəki soda olduğundan həzm sisteminə mənfi təsir göstərir.
Çörək ən əlverişli karbohidrat mənbəyidir ki, bu da onun əsas faydasıdır. Bu məhsulun tərkibində olan dənli bitkilər insan üçün lazım olan vitamin və minerallarla zəngindir.

Çörəyin əsas çatışmazlığı onun yüksək glisemik indeksidir (xüsusilə də ağ çörəkdə ).
Məhsulun tez-tez istifadəsi ilə mədə krampları, şişkinlik, qəbizlik kimi mədə-bağırsaq traktında problemlər yaranır.
Dietoloqlar bildirir ki, lavaş çörək əvəzi kimi istifadə etmək daha çox xeyirlidir.

Qida mütəxəssisi, Dietoloq Həcər Kərimova :"Əgər sağlamlığımızı düşünsək, ağ çörəyi tamamilə menyudan çıxartmaq məsləhtlidir. Ağ undan hazırlanan məmulatlar- şirinyyat , xəngəl, çörək makaron bunların hər biri zərərli karbohidrat sayılır. Elə insanlar var ki, çörəkdən imtina edir, o zaman korbohidratlı qidalar qəbul etmək lazımdır"
Dietoloq isti çörəyin daha çox təhlükəli olduğunu bildirib: "Çörəyi isti formada qəbul etdikdə mədədə şişir və yediyinden 3/4 dəfə böyük olur. Sonra həzm sistemini pozmağa başlayır. Mədəaltı vəzidə problem olan insanlarda həmən büruzə verir. İsti çörək yeyəndən sonra mədədə bərkitmə, öddə problemlər yaranır. Hətta ağ çörəyi hansısa yağlı yeməklə və yaxud pendirlə yeyib, üstündən maye qəbul ediriksə həmən mədədə tonus yaranır və bu da grijanın yaranmasına səbəb olur . Ona görə də ağ çörəkdən tamamilə imtina etmək lazımdır. Əsasən çovdar, qara unundan hazırlanan çörəklərə üz tutmaq lazımdır. Dieta çörəkləri də var, onların tərkibində dənli bitkilər kətan toxumu, yaşıl mərci olur. Çovdar, qara undan hazırlanan çörək 3 dilim qədər qəbul etmək məsləhətlidir. Çalışaq ki, saat 7-dən sonra, ümumiyyətlə, çörək yeməyimizi dayandıraq".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB